Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Sumqayıtda Hüseyn ərəblinski adına Dövlət Dram Teatrının konfrans zalında Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycanda yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” mövzusunda konfrans keçirilib.
Konfransda Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Rüstəm Xəlilov “Yerli demokratiya həftəsi”nin əhəmiyyətindən danışaraq, hər bir keçirilən tədbirin bələdiyyə üzvləri tərəfindən müzakirə olunmasının vacibliyindən danışıb.
Bu gün elə bələdiyyələrimiz var ki, ciddi layihələr ortaya qoyublar, sakinlər qarşısında götürdükləri öhdəlikləri layiqincə yerinə yetirirlər. Həqiqətən elə bir bələdiyyə tapmazsan ki, iş görməmiş olsun.
Bələdiyyələr son illər çox inkişaf edib, işləriynən, bacarıqlarıynan müəyyən hörmət və nüfuz qazanıblar. Ancaq bu fəaliyyəti qənatəbəxş saymaq olmaz, çünki lazımınca təbliğ olunmurlar.
Bələdiyyələrə tövsiyə edərdim ki, kölgədə qalmasınlar, fəaliyyətlərini və həyata keçirdikləri layihələr barəsində məlumatları Belediyye.info saytında yerləşdirsinlər. Mən bu saytı izləyirəm, bələdiyyələrlə bağlı irili-xırdalı bütün tədbirləri, məlumatları hazırlayıb saytda yerləşdirirlər. Bələdiyyə sədrləri məhz bu kimi oxunaqlı saytlarla əməkdaşlıq edərək fəaliyyətlərini səviyyəli şəkildə təbliğ etməlidirlər.
P.S Hörmətli millət vəkili Rüstəm Xəlilova Belediyye.info sayıtna diqqət göstərib dəyər verdiyinə görə dərin təşəkkürümü bildirirəm.
Belediyye.info